“İnter” Zaqataladadır

Məlum olduğu kimi, sabah Zaqatalada Premyer Liqanın 21-ci turu çərçivəsində "Simurq" - "İnter" qarşılaşması baş tutacaq. Siasport.az saytının məlumatına görə, dünən axşam qatarla Zaqataya yollanan "İnter" səhər tezdən matçın keçiriləcəyi ünvana çatıb. Komanda "Qrata" otelində məskunlaşıb. Bu gün saat 15.00-da Kaxaber Tsxadadzenin yetirmələri Zaqatala Olimpiya Kompleksində məşqə çıxacaqlar.

Qeyd edək ki, "Simurq" - "İnter" matçı fevralın 14-də keçiriləcək. Oyun saat 15.00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə