I Divizion, 17-ci turun iki oyunu təxirə salındı

I Divizion, 17-ci turun iki oyunu təxirə salındı

Futbol üzrə Azərbaycan I Divizionunda 17-ci turun iki oyunu təxirə salınıb. Siasport.az saytının məlumatına görə, "Bakılı" və "Şuşa" klubları PFL-ə müraciət edərək çimərlik futbolu üzrə Azərbaycan yığma komandasının heyətində bir neçə futbolçularının təlim-məşq toplanışı üçün ölkə xaricinə səfər edəcəyini və bu səbəbdən də 17-ci turun görüşlərinin başqa vaxta keçirilməsini xahiş ediblər. Yuxarıda göstərilənləri, həmçinin, əsasnamənin 3.15 bəndini nəzərə alaraq "Şəmkir" - "Bakılı" matçı 14 fevral 2014-cü il tarixindən və "Qaradağ Lökbatan" - "Şuşa" matçı 15 fevral 2014-cü il tarixindən ehtiyat gün olan 26 mart 2014-cü il tarixinə keçirilib.

26 mart (çərşənbə)

"Şəmkir" - "Bakılı"

"Qaradağ Lökbatan" - "Şuşa"

Bütün xəbərlər Facebook səhifəmizdə