ATFF-nin İcraiyyə Komitəsinin iclasında hansı qərarlar qəbul olundu FOTOLAR
Azərbaycan Tələbə Futbol Federasiyasının (ATFF) İcraiyyə Komitəsinin iclası keçirilib. Siasport.az saytının məlumatına görə, iclasda oncə federasiyanın yeni baş katibi Əfqan Həmzəyev və mətbuat xidmətinin rəhbəri İlkin Aslanov toplantı iştirakçılarına təqdim olunub.
Uzun sürən müzakirələrdən sonra yeni qərarlar qəbul olunub. Həmin qərarlar aşağıdakılardır:
1. Təhsil Nazirliyi ilə birılikdə "Təhsil Kuboku" keçirilsin. Bununla bağlı memorandum imzalansın.
2. Tələbələr arasında milli komanda yaradılsın. Yığma komandanın Avropa və dünya çempionatlarında iştirakı təmin edilsin.
3. ATFF-nin əsasnaməsində dəyişiklik edilsin. Tələbələr arasında keçirilən futbol çempionatının adı dəyişdirilərək "Təhsil Kuboku" olsun. İlk 4 yer tutan komandaların beynəlxalq miqyaslı yarışlarda iştirak etməsi federasiya tərəfindən təşkil edilsin.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB