Madrid "Real"ının ulduz futbolçusu Kriştiano Ronaldo daha bir xoşməramlı addımı ilə yadda qalıb. Siasport.az saytı xəbər verir ki, İspaniya kubokunun yarımfinal mərhələsinin "Real"la cavab qarşılaşmasında zədələnən "Atletiko"nun futbolçusu Xavyer Mankilyo xəstəxanaya aparıldıqdan sonra, ona qarşı qaydanı pozan və zədələnməsinə səbəb olan K.Ronaldo həmkarına zəng edərək səhhəti ilə maraqlanıb. Başı üstə yerə yıxılan və az qala boynu qırılacaq futbolçunun müayinə olunması üçün futbolçu xəsətəxanaya yerləşdirilib. Qeyd edək ki, "Atletiko" - "Real" matçı qonaqların 0:2 hesablı qələbəsi ilə başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB