"Real" "Barselona"nın 25 illik rekordunu alt-üst etdi!

"Real" "Barselona"nın 25 illik rekordunu alt-üst etdi!

Dünən axşam "Atletiko"nu İspaniya Kubokundan kənarlaşdıran Madrid "Real"ı, "Barselona"nın 25 illik rekordunu qırıb. Siasport.az saytı xəbər verir ki, bu barədə goal.com idman saytı məlumat yayıb. Belə ki, Madrid klubu İspaniya kubokunun yarımfinal mərhələsində "Atletiko"nu mübarizədən kənarlaşdırmaqla tarixində 39-cu dəfə finala yüksəlib. "Real" ölkə kubokunda bu mövsüm oynadığı 8 matçı da (720 dəqiqə) qol buraxmadan tamamlayıb. Bununla da "Kral klubu" "Barselona"nın 1989-cu ildə qırdığı 696 dəqiqəlik rekordu yeniləyib. Qeyd edək ki, "Real" həmçinin "Atletiko"nu məğlub etməklə İspaniya kubokunda heç qol buraxmadan finala adlayan ilk komanda olub.

Bütün xəbərlər Facebook səhifəmizdə