Qəbələdə 15 yaşa qədər futbolçular arasında keçiriləcək III Beynəlxalq Qəbələ Kubokunun hazırlıqlarına start verilməsi və turnirdə iştirak üçün bir neçə tanınmış kluba dəvət göndərilməsi barədə xəbər vermişdik. Siasport.az saytının məlumatına görə, artıq dəvət alan daha bir klub – İngiltərə "Liverpul"u turnirdə iştirakını rəsmi şəkildə təsdiqləyib.
Xatırladaq ki, buna qədər "Fənərbaxça" (Türkiyə) və "Lokomotiv" (Moskva, Rusiya) III Qəbələ Kubokunda iştirak barədə rəsmi razılıq vermişdi. 29 may - 01 iyun tarixlərində baş tutacaq turnirin digər iştirakçılarının adları da yaxın müddətdə müəyyənləşəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB