"Azəryol” CEV kubokunun yarımfinalında

"Azəryol” CEV kubokunun yarımfinalında

Bakının qadın voleybolçulardan ibarət "Azəryol" komandası Avropa Voleybol Konfederasiyası (CEV) kuboku yarışlarının çellenc raundu mərhələsi çərçivəsində cavab oyununa çıxıb. Siasport.az saytının məlumatına görə, Azərbaycan Voleybol Mərkəzində keçirilən oyunda "Azəryol" Polşanın "Fakro" kollektivi ilə qarşılaşıb.

İnamlı oyun nümayiş etdirən "Azəryol" komandası rəqibini 3:0 hesabı ilə məğlub edib. Polşada təşkil olunmuş ilk görüşdə Bakı təmsilçisi rəqibinə 2:3 hesabı ilə məğlub olsa da, iki oyunun nəticəsinə görə, "Azəryol" CEV kuboku yarışlarının yarımfinal mərhələsinə yüksəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə