Darya Domraçeva Olimpiya Oyunlarında qızıl medal qazanıb

Darya Domraçeva Olimpiya Oyunlarında qızıl medal qazanıb

XXII Qış Olimpiya Oyunlarında qadınlar arasında biatlon üzrə 10 kilometr məsafəyə yürüş yarışlarında mükafatçılar müəyyənləşib. Siasport.az saytının məlumatına görə, belaruslu idmançı Darya Domraçeva 10 kilometr məsafəni 29 dəqiqə 30 saniyəyə qət edərək Olimpiya çempionu adını qazanıb.

Olimpiya Oyunlarının gümüş medalına norveçli Tura Berqer, bürünc mükafatına isə sloveniyalı Teya Qreqorin sahib olub.

D.Domraçeva "Vankuver-2010" Qış Olimpiya Oyunlarında biatlon üzrə 10 kilometr məsafəyə yürüş yarışlarında bürünc medala sahib olmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə