Mövsümün əvvəlində "Everton"a icarəyə verilən "Çelsi"nin futbolçusu Romeli Lukaku yeni mövsümdən London klubuna qayıtmaq istəyir. Siasport.az saytı xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumatlar dərc edib. Belə ki, uğurlu çıxışı ilə Premyer Liqanın ən yaxşı hücumçularından sayılan belçikalı ulduz baş məşqçi Joze Mourinyonun ona düzgün qiymət verməli olduğunu deyib. UEFA Çempionlar Liqasında oynamaq istəyən R.Lukaku bildirib ki, bu turnirdə iştirak etməyə hazırdır: "21 yaşım var. 5 ildir peşəkar futbol oynayıram. ÇL-də oynamaq zamanım gəlib. Ronaldo və Runinin 23-24 yaşında qazandıqları təcrübəyə mən indidən sahibəm. Ötən mövsüm də yaxşı oynamışdım. Niyə icarəyə verildim? Bunu anlamıram. Bu dəfə "Çelsi"yə dönmək istəyirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB