Skolari Felipe Melonu məyus etdi!

Skolari Felipe Melonu məyus etdi!

İstanbulun "Qalatasaray" futbol klubunun braziliyalı forvardı Felipe Melo, futbol üzrə Braziliya millisinin baş məşqçisi olan Luiş Felipe Skolarinin qərarından məyus olub. Siasport.az saytı xəbər verir ki, son günlər oynadığı futbol ilə diqqətləri üzərinə çəkənə braziliyalı futbolçu futbol üzrə Braziliya millisinin heyətinə düşmək üçün çalışırdı. Lakin L.Skolarinin martın 5-də Cənubi Afrika ilə keçiriləcək yoldaşlıq qarşılaşmasına F.Melonu dəvət etməməsi, futbolçunu məyus edib. Bir çox futbol ekspertləri isə hesab edir ki, Braziliya millisinin baş məşqçisi F.Melonun xidmətlərindən qarşıdakı rəsmi qarşılaşmalarda yararlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə