Olimpiya Oyunlarında idmanın sloupstayl növü üzrə qaliblər müəyyənləşib

Olimpiya Oyunlarında idmanın sloupstayl növü üzrə qaliblər müəyyənləşib

XXII Soçi Qış Olimpiya Oyunlarında idmanın sloupstayl növü üzrə qadınlar arasında qalib müəyyənləşib. Siasport.az saytının məlumatına görə, təsnifat mərhələsindən sonra 12 idmançı həlledici mərhələyə yüksəlib. Həlledici görüşdə 94,2 xal toplayan kanadalı Dara Houell Olimpiya çempionu adını qazanıb. ABŞ atleti Devin Loqan gümüş, Kim Lamar (Kanada) isə bürünc medala sahib olub.

Qeyd edək ki, sloupstayl tramplin, xüsusi piramida tikililəri və s. buna oxşar müxtəlif formalı obyektlərin üzərindən tullanaraq təhlükəli akrobatik hərəkətlərlə yerinə yetirilən idman növüdür.

Bütün xəbərlər Facebook səhifəmizdə