AZAL PFL-ə hakim Elvin Əsgərovdan şikayət məktubu göndərib

AZAL PFL-ə hakim Elvin Əsgərovdan şikayət məktubu göndərib

"Topaz" Premyer Liqasının 20-ci turu çərçivəsində keçirilən AZAL - "Sumqayıt" oyununda baş hakim Elvin Əsgərovun idarəçiliyindən narazı qalan AZAL PFK-nın rəhbərliyi bununla bağlı Peşəkar Futbol Liqasına məktub göndərib. Siasport.az saytının məlumatına görə, məktubda klub rəsmiləri hakim Elvin Əsgərovun müəyyən oyun epizodlarında çıxardığı qərarlarla razılaşmadığını bildirərək, onun idarəçiliyinə düzgün qiymət verilməsini xahiş ediblər. Çox güman ki, AFFA-nın Nizam-İntizam Komitəsinin iclasında bu məsələyə baxılacaq və hakimin qərarlarına qiymət veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə