"Sumqayıt" FK "Rəvan"la oyunun hazırlığını davam etdirir

"Sumqayıt" FK "Rəvan"la oyunun hazırlığını davam etdirir

Son turda AZAL-la səfərdə heç-heçə (2:2) edən "Sumqayıt" futbol klubu növbəti turda qarşılaşacağı "Rəvan"la oyunun hazırlığını davam etdirir. Siasport.az saytının məlumatına görə, Aqil Məmmədovun rəhbərlik etdiyi komanda bu gün Sumqayıtda səhər məşqinə çıxıb. Zədəsini sağaldan Vurğun Hüseynov artıq komanda ilə məşqlərə başlayıb. Yüngül zədəsi olan Aleksandr Çertoqanov isə fərdi məşqlərlə kifayətlənib. "Sumqayıt" FK axşam saat 16:00-da növbəti məşqinə çıxacaq.

Qeyd edək ki, "Sumqayıt" - "Rəvan" oyunu fevralın 15-də saat 16:00-da Sumqayıtda keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə