"Qarabağ" klubunun futbolçusu 3 həftə yaşıl meydanlardan uzaq qalacaq

"Qarabağ" klubunun futbolçusu 3 həftə yaşıl meydanlardan uzaq qalacaq

"Qarabağ" klubunun "Qəbələ" ilə baş tutan sonuncu qarşılaşmasında Admir Teli oyunu erkən tərk etməli olmuşdu. Matçın 12-ci dəqiqəsində 32 yaşlı müdafiəçi yerini İlqar Qurbanova vermişdi. Siasport.az saytının məlumatına görə, müayinədən sonra alban futbolçunun uzun müddətə sıradan çıxdığı məlum olub. Müdafiəçinin sol ayağında 2-ci dərəcəli əzələ dartılması aşkar olunub. Belə ki, A.Telinin 3 həftə yaşıl meydanlardan uzaq qalacağı dəqiqləşib.

Bütün xəbərlər Facebook səhifəmizdə