"Neftçi" rəsmilərini ağır cəza gözləyir

"Neftçi" rəsmilərini ağır cəza gözləyir

"Neftçi"nin vitse-prezidenti Tahir Sülemanovla Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gündüz Abbaszadəni ağır cəza gözləyir. Siasport.az saytı Fanat.az-a istinadən xəbər verir ki, buna səbəb klub rəsmilərinin qaydaları pozması olub.

Belə ki, Topaz Premyer Liqasının XVIII turunun AZAL - "Neftçi" matçında G.Abbaszadə 83-cü dəqiqədə, T.Sülemanov isə oyundan sonra hakimləri təhqir etdiyi üçün AFFA İntizam Komitəsinin qərarı ilə 5 oyunluq cəzalandırılmış, klub 5000 manat cərimələnmişdi.

Lakin "Xəzər Lənkəran"la oyunda Tahir Süleymanov Lənkəran şəhər stadionun VİP-lojasında görünüb. Gündüz Abbaszadə isə mətbuat konfransının keçirildiyi zala daxil olub. Bu səbəbdən AFFA "Neftçi"ni cəzalandıracaq.

Bütün xəbərlər Facebook səhifəmizdə