Soçi Qış Olimpiya Oyunlarının dördüncü günündə qadınlar arasında maneələrin dəf edilməsi ilə dağ xizək yürüşündə qaliblər müəyyənləşib. Siasport.az saytının məlumatına görə, qadınlar arasında dağ xizək yürüşü yarışlarında lixtenşteynli Tina Veyrater və almaniyalı Mariya Xefil-Riş favorit hesab olunurdular. Almaniya təmsilçisi "Vankuver-2010" Qış Olimpiya Oyunlarında idmanın bu növü üzrə qızıl medal qazanmışdı.
Peşəkarlıq bu dəfə də öz sözünü deyib. İki yürüşün yekununda 2 dəqiqə 34 saniyə nəticə göstərən Mariya Xefil-Riş ikiqat Olimpiya çempionu olub.
Avstriya idmançısı Nikol Xosp gümüş, Culiya Mankusa (ABŞ) isə bürünc medal qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB