İdman rəqsləri üzrə Bakı birinciliyi keçirilib

İdman rəqsləri üzrə Bakı birinciliyi keçirilib

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən "ABU Arena"da idman rəqsləri üzrə Bakı şəhər birinciliyi keçirilib. Siasport.az saytının məlumatına görə, yarışda 42 idmançı qələbə uğrunda mübarizə aparıb. Nəticələrə görə, birinci yerləri 2005-ci il təvəllüdlülər arasında Qaftan Abbasov - Anastasiya Knyajına, 2003-2004-cü il təvəllüdlülər arasında Nadir Mütəllimov - Marika Mestvirişvili, 2001-2002-ci il təvəllüdlülər arasında Bahadır Abbasov - Kamilla Əhmədova, 1999-2000-ci il təvəllüdlülər arasında Raul İsgəndərov - Valeriya Kovalyova cütlükləri tutub.

Qaliblər Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə