"Napoli" "Qalatasaray"ın futbolçusuna "elçi düşüb"

"Napoli" "Qalatasaray"ın futbolçusuna "elçi düşüb"

İstanbulun "Qalatasaray" futbol klubunun forvardı Semih Kaya ilə bağlı son günlər yayılan məlumatlar səngimir. Siasport.az saytı xəbər verir ki, həm qardaş Türkiyə mətbuatında, həm də İtaliya qəzetlərində gənc futbolçunun İtaliya klublarının diqqət mərkəzində olması haqqında yazılar dərc olunub. Yazılarda "Qalatasaray"lı futbolçunun İtaliya A Seriyasının əksər klublarının transfer hədəfində olduğu qeyd olunur. Futbolçunun meneceri Fazil Özdemir isə yazılanlara aydınlıq gətirib. O bildirib ki, gənc futbolçu ilə bir sıra Avropa klubları maraqlansalar da, konkret təklif "Napoli"dən gəlib. Hazırda bu təklif barədə həm futbolçunun özü ilə, həm də "Qalatasaray" rəhbərliyi ilə müzakirələr apardığını deyən F.Özdemir, futbolçunun transferi ilə bağlı məsələyə yaxın vaxtlarda aydınlıq gələcəyini açıqlayıb. O bildirib ki, "Napoli" rəhbərliyi yay transfer dövrünə qədər bu məsələni konkretləşdirməyə çalışır.

Bütün xəbərlər Facebook səhifəmizdə