"Bavariya" "Arsenal"a qarşı Riberisiz mübarizə aparacaq

"Bavariya" "Arsenal"a qarşı Riberisiz mübarizə aparacaq

"Bavariya"nın futbolçusu Frank Riberi, UEFA Çempionlar Liqasının 1/8 finalında "Arsenal"la ilk matçda iştirak edə bilməyəcək. Siasport.az saytı xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat verib. Ayağındakı zədə səbəbindən əməliyyat olunan fransız yarımmüdafiəçinin məşqlərə bir qədər gec başlayacağı bildirilib. Bu səbəbdən onun London klubu ilə ilk matda oynamayacağı açıqlanıb. Qeyd edək ki, "Bavariya" ilə "Arsenal" arasında ilk oyun fevralın 19-u, cavab qarşılaşması isə martın 12-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə