"Qalatasaray"ın hollandiyalı futbolçusu Uesli Sneyder Çempionlar Liqasının 1/8 finalında "Çelsi" ilə oyunöncəsi iddialı açıqlama verib. Siasport.az saytı xəbər verir ki, ulduz futbolçu bu dəfə İspaniya mətbuatına verdiyi açıqlamalarda iddialı danışıb. O bildirib ki, keçən mövsümdən fərqli olaraq o və komanda yoldaşları bu dəfə Joze Mourinyonu Çempionlar Liqasından uzaqlaşdıracaqlar: "Ötən mövsüm Mourinyo "Real"la bizə qalib gəlmişdi. Ancaq o vaxtdan indiyə kimi çox şey dəyişib. Bu dəfə Mourinyonun şansı əvvəlkindən azdı". Qeyd edək ki, "Qalatasaray" - "Çelsi" matçı fevralın 26-ı baş tutacaq. Cavab qarşılaşması isə martın 18-i oynanılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB