Olimpiya Oyunlarında daha bir dəst medalın sahibləri müəyyənləşdi

Olimpiya Oyunlarında daha bir dəst medalın sahibləri müəyyənləşdi

XXII Soçi Qış Olimpiya Oyunlarında qadınlar arasında 3 min metr məsafəyə konkidə sürətli yürüş yarışlarında qaliblər müəyyənləşib. Siasport.az saytının məlumatına görə, "Adler-Arena"da təşkil olunmuş yarışda məsafəni 4 dəqiqəyə qət edərək bütün rəqiblərini qabaqlamış Niderland idmançısı İren Vyust Olimpiya çempionu adını qazanıb.

Yarışda 4 dəqiqə 1 saniyə göstərici ilə Çexiya atleti Martina Sablikova gümüş, rusiyalı Olqa Qraf (4 dəqiqə 4 saniyə) isə bürünc medala sahib olub.

Bütün xəbərlər Facebook səhifəmizdə