15 yaşlı qız Olimpiya çempionu oldu YENİ REKORD

15 yaşlı qız Olimpiya çempionu oldu YENİ REKORD

Xəbər verdiyimiz kimi, Rusiya millisi XXII Soçi Qış Olimpiya Oyunlarında fiqurlu konkisürmə üzrə komanda yarışlarında qızıl medal qazanıb. Siasport.az saytının məlumatına görə, Olimpiya çempionu Yevgeni Plüşenko ilə duetdə çıxış edən Yuliya Lepniçkaya yeni rekord müəyyənləşdirib. Y.Lepniçkaya fərdi idman növlərində ən gənc Olimpiya çempionu adına sahib çıxıb. Qələbə günündə, yəni fevralın 9-da idmançının 15 yaş 249 günlüyü tamam olub. Bu isə amerikalı fiqurçu Tara Lipinskinin nailiyyətinin təzələnməsi deməkdir. T.Lipinski 1998-ci il Naqano Qış Olimpiya Oyunlarında qalib gələrkən 15 yaş 255 günlüyündə idi.

Bütün xəbərlər Facebook səhifəmizdə