Rusiya XXII Soçi Qış Olimpiya Oyunlarının ilk qızıl medalını qazanıb. Siasport.az saytının məlumatına görə, fiqurlu konkisürmə üzrə komanda yarışlarında uğurla çıxış edən Rusiya idmançıları bütün rəqiblərini qabaqlayıblar.
Olimpiya çempionu Yevgeni Plüşenko–Yuliya Lepniçkaya duetinin müvəffəqiyyətli çıxışı komandanın qızıl medal qazanmasında böyük rol oynayıb. Digər rusiyalı cütlük - Yelena İlina–Nikita Kaçalapov dueti isə bu uğurun davamını gətirib.
Yarışda Kanada millisi gümüş, ABŞ yığması isə bürünc medal qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB