Avstriya xizəkçisi Olimpiya çempionu olub FOTO

Avstriya xizəkçisi Olimpiya çempionu olub FOTO

Soçi Olimpiya Oyunlarının üçüncü günündə Avstriya xizəkçisi Mattias Mayer Olimpiya çempionu adını qazanıb. Siasport.az saytının məlumatına görə, xizəklə sürətli yürüş idman növündə 2 dəqiqə 6 saniyə göstərici ilə bütün rəqiblərini qabaqlayan M.Mayer fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qalibdən 6 mikrosaniyə geri qalan italiyalı Kristof İnnerxofer gümüş medalla kifayətlənib.
Mötəbər yarışın bürünc medalına isə Norveç xizəkçisi Xetil Yansurd sahib olub.
"Vankuver-2010" Qış Olimpiya Oyunlarında xizəklə sürətli yürüş idman növündə bürünc medal qazanmış norveçli Aksel Lund Svindal Soçidə dördüncü pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə