Milinko Pantiç: "İkinci hissə bizim üçün çox çətin oldu"

Milinko Pantiç: "İkinci hissə bizim üçün çox çətin oldu"

Topaz Premyer Liqasının 20-ci turunda Zaqatalaya səfər edən "Bakı" yerli "Simurq"la oyunda minimal hesablı qələbə qazanıb - 1:0. Siasport.az saytı oyundan sonra baş məşqçilərin səsləndirdikləri fikirləri nəzərinizə çatdırır:

Milinko Pantiç, "Bakı" klubunun baş məşqçisi: "Qalib gəldiyimiz üçün çox şadam. Çox az komanda "Simurq"la səfər oyununda qələbə qazana bilir. İkinci hissə bizim üçün çox çətin oldu. Qapımıza hücumlar çox oldu. Oyunçularımızın birliyi ilə bu hücumların qarşısını aldıq".

Giorgi Çixradze, "Simurq" klubunun baş məşqçisi: "Nəticəyə görə məğlub tərəfik, lakin oyuna baxdıqda heç-heçə ədalətli nəticə olardı. İlk hissədə səhvimizdən qapımızda qol gördük. İkinci hissədə hücumları artırdıq, qol epizodları yaratdıq. Lakin lazım olan qolları vura bilmədik".

Bütün xəbərlər Facebook səhifəmizdə