Robben: "Bavariya"dan güclü komanda yoxdur"

Robben: "Bavariya"dan güclü komanda yoxdur"

"Bavariya" klubunun hollandiyalı futbolçusu Aryen Robben gələcək karyerası haqda "Bild" nəşrinə maraqlı açıqlama verib. Siasport.az saytı xəbər verir ki, ulduz futbolçu açıqlamasında qeyd edib ki, "Bavariya"nın onun karyerasında sonuncu klub olacaq: "Bavariya" mənim karyeramda sonuncu klub olacaq. Fantastik komandamız var və klubun bir parçası olduğum üçün çox şadam. Gələcəyim də çox parlaq görünür. Bu komanda ilə daha bir neçə titul qazanmaq istəyirəm. Bura ola biləcəyim ən yaxşı komandadır. Dünyada "Bavariya"dan güclü bir komanda yoxdur. Gənc olarkən dünyanın ən güclü klublarında oynamaq istəyirsən. Mən də daha öncə "Çelsi" və "Real" kimi klublarda oynamışam. İndi isə "Bavariya"da çıxış edirəm. Komandamla müqaviləni uzatmaq niyyətindəyəm. Bəzi xırda məsələlər qalıb". Qeyd edək ki, 2009-cu ildən "Bavariya"nın şərəfini qoruyan Robben keçirdiyi 92 oyunda 52 qola imza atıb.

Bütün xəbərlər Facebook səhifəmizdə