Messi: "Bütün kubokları qazanmaq istəyirəm"

Messi: "Bütün kubokları qazanmaq istəyirəm"

İspaniyanın "Barselona" futbol klubunun argentinalı futbolçusu Lionel Messi, yenə maraqlı açıqlamalarla gündəmə gəlib. Siasport.az saytı xəbər verir ki, zədəsini sağaldaraq geri dönən ulduz futbolçu, "BBC"yə açıqlamasında bildirib ki, "Barselona" bütün kubokları qazanmalıdır: "Hazırda çox yaxşı formadayam və enerjim yüksəkdir. Uzun müddətdən sonra yenidən yaşıl meydanlardayam. İndiki durumumdan çox məmnunam. Doğru zamanda ən yüksək səviyyəyə yüksələcəyimə inanıram. Ümid edirəm ki, bu il həm "Barselona", həm də Argentina üçün çox yaxşı il olacaq. "Barselona" bütün kubokları qazanmalıdır. Hələ çox şey öyrənməliyəm. Bütün kubokları qazanmaq istəyirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə