Azarkeşlər "Barselona"dan üz çevirib...

Azarkeşlər "Barselona"dan üz çevirib...

İspaniyanın "Barselona" futbol klubu ciddi problemlə üz-üzə qalıb. Siasport.az saytı xəbər verir ki, bir neçə aydır ki, katalon klubunun azarkeşlərinin meydanlara gəlməməsi ilə bağlı yaranan problem, artıq komanda üçün ciddi təşvişə səbəb olub. Artıq bu komandanın oyunlarını stadiondan izləyən azarkeşlərin sayı azalıb. Maraqlıdır ki, Pep Qvardiola və Tito Vilanova dönəmində "Nou Kamp" demək olar ki, dolu olurdu. Azarkeşlərin bu marağını nəzərə alan rəhbərlik stadionda oturacaq sayını artırmağı planlaşdırıb. Ancaq bu mövsüm azarkeşlərin sayında xeyli azalma qeydə alınıb. Kataloniya klubunun öz evində oynadığı son 5 matçda 99 min tamaşaçı tutumuna malik stadionda yalnız 67 min insan izləyib. Kral kubokunda "Real Sosyedad"la görüşdə isə cəmi 38 min 500 insan stadiondan "Barsa"ya azarkeşlik edib.

Bütün xəbərlər Facebook səhifəmizdə