Futbol üzrə İspaniya La Liqasında kriştiano Ronaldo şoku artıq hakimləri də "vurmağa" başlayıb. Siasport.az saytı xəbər verir ki, bir çox ədalət təmsilçilərinin La Liqa qarşılaşmalrında çox vaxt portuqaliyalı futbol ulduzunu cəzalandırmaqdan niyə çəkindikləri ortaya çıxıb. Belə ki, bu cür hakimlərin sonu heç də yaxçı olmur. Məsələn, "Atletik" - "Real" matçının baş hakimi Miqel Qomez 1 ay heç bir oyunu idarə etməyəcək. İspaniya Hakimlər Komitəsi FİFA referisinin oyunu yaxşı idarə etmədiyi üçün cəzalandırıb. Sözügedən qarşılaşmada Kriştiano Ronaldoya qırmızı vərəqə göstərən hakimin Madrid klubunun, o cümlədən La Liqanın önəmli oyunlarında olmayacağı bildirilib. Bu qərarın ardından üç oyunluq cəzalandırılan Ronaldonun cəzasının yumşaldılması üçün "Real" Apelyasiya Komitəsinə müraciət edib. Komitə bu gün etirazla bağlı qərarını verəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB