Bu axşam Soçinin "Fişt" stadionunda XXII Qış Olimpiya Oyunlarının təntənəli açılış mərasimi keçiriləcək. Siasport.az saytı xəbər verir ki, mərasim fevralın 7-də Moskva, eləcə də Bakı vaxtilə saat 20.14-də başlayacaq. Açılış üçün məhz bu vaxtın seçilməsi rəmzi xarakter daşıyır və 2014-cü ili ifadə edir. Açılış mərasimini stadionun tribunalarından 40 min nəfər, televiziya yayımını isə 3 mlrd-dan çox tamaşaçı izləyə biləcək. Olimpiada fevralın 23-dək davam edəcək. Soçiyə 60-dək dövlət rəhbərinin səfər edəcəyi, tək açılış mərasimini isə 44 dövlət başçısının izləyəcəyi gözlənilir. Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da artıq Soçidədirlər. Soçidə keçiriləcək Qış Olimpiya Oyunlarında 15 idman növü üzrə 98 medal dəsti uğrunda mübarizə aparılacaq. Olimpiya Oyunlarının bağlanış mərasimi fevralın 23-də baş tutacaq. Yarışlar 11 idman obyektində təşkil olunacaq. İlk medal dəsti uğrunda yarışlar fevralın 8-də keçiriləcək. Rusiya ikinci dəfədir ki, Olimpiadanı qəbul edir. Bundan əvvəl, 1980-cı ildə XXII Yay Olimpiya Oyunları Moskvada keçirilmişdi. XXII Qış Olimpiya Oyunlarında Azərbaycanın bayraqdarı Fiqurlu Konkisürmə Federasiyasının vitse-prezidenti Fuad Quliyev olacaq. Olimpiadada Azərbaycan dağ xizəyi və fiqurlu konkisürmə idman növləri üzrə 4 idmançı ilə təmsil olunacaq
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB