Yığmamız "Təxti Kuboku"da medal qazana bilmədi YENİLƏNİB

Yığmamız "Təxti Kuboku"da medal qazana bilmədi YENİLƏNİB

Tehranda keçirilən "Təxti Kuboku" beynəlxalq turnirində ilk günü medalsız başa vuran sərbəst güləş üzrə Azərbaycan yığma komandası yarışda mübarizəni davam etdirib. Siasport.az saytının məlumatına görə, "7 tir" Arenada keçirilən turnirin ikinci günündə (son gün, 7 fevral) 61, 70, 86, 125 kq çəki dərəcələrində mübarizə aparan pəhləvanlar yarışıblar. Azərbaycan isə bu gün 61 və 86 kq çəki dərəcəsində təmsil olunub.

61 kq çəki dərəcəsində Ümüd Məmmədov İran güləşçisi Seyedahmad Mohammadipahnehkolae ilə qarşılaşıb. Güləşçimiz 3:9 hesabı ilə məğlub olub.

86 kq çəki dərəcəsində Məhəmməd Abdulxaliqov qırğızıstanlı Bator Bazarovla güləşib. İdmançımız 5:0 hesabı ilə qalib gəlib. Onun növbəti rəqibi qazaxstanlı Yesbolat Nurzhumbayev olub. İdmançımız 5:5 hesabı ilə qalib gəlib. ( Son xalı M.Abdulxaliqov aldığına görə, hakimlər qələbəni ona veriblər). İranlı idmançı Alireza Karimimachiani ilə görüşdə isə M.Abdulxaliqov 13:3 hesabı ilə məğlub olub.

Güləşçilərimizin məğlub olduqları idmançılar finala çıxmadıqlarına görə, yığmamızın üzvləri təsəlliverici görüşlərə qatıla bilməyiblər.

Nəticələr:

61 kq

Ümüd Məmmədov (AZE) - Seyedahmad Mohammadipahnehkolae (İRİ) 3:9

86 kq

Məhəmməd Abdulxaliqov (AZE) - Bator Bazarov (KGZ) 5:0

Məhəmməd Abdulxaliqov (AZE) - Yesbolat Nurzhumbayev (KAZ) 5:5 ( Son xalı Məhəmməd aldığına görə, hakimlər qələbəni ona veriblər).

Alireza Karimimachiani (İRİ) - Məhəmməd Abdulxaliqov (AZE) 13:3

Qeyd edək ki, 15 ölkənin güləşçilərinin qatıldığı yarışda komandamıza məşqçi Nazim Əlicanov rəhbərlik edib. Görüşlərin idarə olunmasında beynəlxalq dərəcəli hakimimiz Xanmirzə Məlikəliyev iştirak edib.

Ümumilikdə yığma komandamızın tərkibində 57 kq çəki dərəcəsində Namiq Sevdimzadə və Mircəlal Həsənzadə, 61 kq çəki dərəcəsində Ümüd Məmmədov, 65 kq çəki dərəcəsində Coşqun Əzimov, 74 kq çəki dərəcəsində Bəxtiyar İsrafilli, 86 kq çəki dərəcəsində Məhəmməd Abdulxaliqov, 97 kq çəki dərəcəsində isə Roman Bəkirov yer alıb.

Elgün Vidadioğlu, Tehran

Bütün xəbərlər Facebook səhifəmizdə