"Qəbələ" cari mövsüm olduqca xoş təsir bağışlayır. Hazırki mövqedə qərarlaşmaları heç də təsadüfi deyil. Qışda etdikləri transferlərlə də gücləniblər. Çempionatın ilk yarısındakı qazandığımız qələbələr indi bizə bir şey vermir. Təbii ki, rəqibimiz ilk 2 oyunu unutmayıb. Daha yaxşı və fərqli hazırlaşacaqlar".
Siasport.az saytı xəbər verir ki, bu açıqlama ilə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov çıxış edib. Baş məşqçi Ağdam klubunun rəsmi saytına açıqlamasında çempionatın növbəti turunda "Qəbələ" ilə qarşılaşacaqları oyun haqda fikirlərini açıqlayıb:
"Xəzər-Lənkəran"la oyunu artıq unutmuşuq. Məğlubiyyətlə yaşamaq düzgün deyil. Qarşıda daha 17 oyun var. Bizi olduqca ağır matç gözləyir.Eyni zamanda azarkeşlərin maraqlı futbol izləyəcəyini də söyləmək olar. "Xəzər-Lənkəran"la oyunda qol epizodlarının boşa verilməsi futbolçularda üzgünlük yarada bilər, amma ruh düşkünlüyünə səbəb ola bilməz. Qarşıda hələ uzun bir marafon var. Bundan sonrakı oyunlara motivasiya olmaq lazımdır".`
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB