Almaniyanın "Bavariya" futbol klubu, daha bir futbolçusu ilə yüni müqavilə imzalamağa hazırlaşır. Siasport.az saytı xəbər verir ki, bu barədə "Voetbal İnternational" dərgisi məlumat yayıb. Məlumatda qeyd olunur ki, Ariyen Robben daha bir neçə il "pivəçilərin" uğurları üçün çalışacaq. "Bavariya"nın son illərdəki uğurlarında böyük pay sahibi olan təcrübəli hollandiyalı ulduz futbolçu ilə 2017-ci ilə qədər müqavilə imzalanması nəzərdə tutulur. Xatırladaq ki, A.Robbenin "Bavariya" ilə hazırkı müqaviləsi bu ilin yayında sona çatacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB