Nemany Vidiç "İnter"ə keçir?

"Mançester Yunayted"in serbiyalı futbolçusu Nemany Vidiç yeni mövsümdən A seriyasında oynaya bilər. Siasport.az saytı xəbər verir ki, "qırmızı şeytanların" əsas heyətindən kənarda qalan serbiyalı futbolçu, A Seriyasında yaxşı günlər keçirməyən "İnter"ə keçə bilər. Məlumata görə İtaliya klubu, 32 yaşlı müdafiəçi ilə razılığa gəlib. Klubun qarşıdakı günlərdə bu transferi rəsmən açıqlayacağı gözlənilir. Qeyd edək ki, Vidiçin "MY" ilə sözləşməsi mövsümün sonu başa çatacağı üçün "İnter" təzminat ödəməyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə