Tuncay Şanlı yenə qovuldu

İstanbulun "Fənərbaxça" futbol klubunun keçmiş futbolçusu olan Tuncay Şanlı, "Bursaspor" klubundan qovulub. Siasport.az saytı xəbər verir ki, bu barədə "NTVspor" məlumat yayıb. Məlumata görə, Bursa təmsilçisi təcrübəli futbolçu ilə müqaviləni qarşılıqlı razılıq əsasında ləğv edib. Klubdan verilən açıqlamada Tuncayın komandadan heç bir təzminat tələb etmədiyi bildirilir. Qeyd edək ki, Tuncay 2012-ci ildə "Volfsburq"dan "Bursaspor"a transfer olunmuşdu. 32 yaşlı futbolçu keçirdiyi 39 oyunda cəmi bir dəfə rəqib qapısına yol tapmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə