"Çelsi" UEFA Çempionlar Liqası üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.Siasport.az saytı xəbər verir ki, bu barədə London klubunun rəsmi saytı məlumat yayıb. Belə ki, London klubu Xuan Mata, Kevin de Bruyne və Rayan Bertandı komandadan göndərdiyi üçün onları siyahıdan çıxarıb. Əvəzində Tomas Kalaş və qapıçı Hilario iştirak ərizəsinə salınıb. Qeyd edək ki, "Çelsi"nin yeni transferləri Nemanya Matiç və Məhəmməd Salah adı əvvəlcədən keçmiş klublarının iştirak ərizəsində sifariş olunduğu üçün onlar bu mövsüm daha ÇL-də oynaya bilməyəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB