İstanbulun "Qalatasaray" futbol klubunun fildişili ulduz futbolçusu olan Didye Droqba ilə bağlı yeni məlumat yayılıb. Siasport.az saytı Türkiyənin "Milliyet" qəzetinə istinadən xəbər verir ki, mövsümün sonunda Türkiyə klubu ilə müqaviləsi sona çatacaq ulduz futbolçu, gələcəkdə futbolçu koryerasını ABŞ-da davam etdirəcək. Belə ki, yayılan məlumatlarda ulduz futbolçunun artıq ABŞ-ın "Seattle Sounders" klubu ilə prinsipial anlaşma əldə etdiyi bildirilir. Məlumatda deyilir ki, ABŞ çempionatında futbol liqasının mart ayında başlaması ilə bağlı olaraq ulduz futbolçunun may ayının ilk on günlüyündə ABŞ-a yollanacağı deyilir. Xatırladaq ki, "Seattle Sounders" klubu ABŞ çempionatında liderdir və güclü maliyyə imkanlarına sahibdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB