İstanbulun "Qalatasaray" futbol klubunun qapıçılarla işləyən məşqçisi Klaudio Taffarel Türkiyə Futbol Federasiyası (TFF) tərəfindən cəzalandırılacaq. Siasport.az saytı xəbər verir ki, buna səbəb, futbol üzrə Türkiyə Superliqanın son turunda "Bursaspor"a qarşı (6:0) oyunda öz akkreditasiya kartı əvəzinə digər məşqçilərdən birinin kartından istfadə edən sabiq qapıçı barədə araşdırma başlayıb.
Qeyd edək ki, qaydalara əsasən K.Taffareli İntizam Komitəsi tərəfindən 8-24 oyunluq cəza gözləyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB