Futbol üzrə Fransa Liqa Kubokunda yarımfinal mərhələsinin daha bir qarşılaşması keçirilib. Siasport.az saytı xəbər verir ki, "PSJ" səfərdə "Nan"ın qonağı olub. Olduqca gərgin keçən qarşılaşmada qonaqların isveçli ulduz futbolçusu Zlatan İbrahimoviç dubla imza atıb. Olduqca texnikalı və baxımlı oyun sərgiləyən ulduz futbolçu, vurduğu qollarla komandasını final mərhələsinə yüksəldib. Qeyd edək ki, digər finalçının adına bu gün keçiriləcək "Lion" - "Troyes" oyunundan sonra aydınlıq gələcək.
4 fevral
Fransa Liqa kuboku, yarımfinal
"Nant" - PSJ - 1:2
Qollar: İbrahimoviç, 5 (0:1), Olivier, 81 (1:1), İbrahimoviç, 90 (1:2)
5 fevral
"Lion" - "Troyes"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB