UEFA Çempionlar Liqasında 14 milyon 600 min avro qazanan "Qalatasaray" "Çelsi" səddini keçəcəyi təqdirdə gəlirini daha da artıracaq. Siasport.az saytı xəbər verir ki, İstanbul nəhəngi bu il də keçən ilki kimi daha çox pul qazanmaq üçün "zadəganları" məğlub etməlidir. Türkiyə mətbuatı yazır ki, "Cim-Bom" ÇL-in 1/8 finalında London klubunu mübarizədən kənarlaşdırarsa, UEFA-dan 3 milyon 900 min avro alacaq. 3.5 milyon avro isə yayım gəlirlərindən əldə olunacaq. Bununla da qazancını 18 milyon 500 min avroya yüksəldəcək olan "Qalatasaray" qış fasiləsində transfer etdiyi futbolçulara ödənilən məbləği çıxarmış olacaq. Qeyd edək ki, İstanbul klubu bu il 9 futbolçunu heyətinə qatıb. Xatırladaq ki, "Qalatasaray" ötən mövsüm ÇL-də ümumilikdə 24 milyon avro qazanmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB