Daniel Staric: "Liverpul"da hər şey fərqlidir"

Daniel Staric: "Liverpul"da hər şey fərqlidir"

"Liverpul" klubunun hücumçusu Daniel Staric sabiq komandası "Çelsi" haqda danışıb. Siasport.az saytı xəbər verir ki, klubun rəsmi saytına müsahibə verən Staric "Çelsi"də heç kimin ona inanmadığını bildirib: "Çelsi"də hücum mövqeyində oynayacağıma əmin deyildim. İnsanlar da mənə inanmırdı. London klubunda əsasən müxtəlif mövqelərdə mənə şans verirdilər. Halbuki, mən hücumçuyam. Digər mövqelərdə oynamaq mənə çox çətin idi. Çünki mən artıq hücum mövqeyində oynamağa vərdiş etmişəm. Ancaq "Liverpul"da hər şey fərqlidir". Qeyd edək ki, 2013-cü ilin yanvar ayında "Liverpul"a gələn Staric keçirdiyi 35 oyunda 28 qola imza atıb.

Bütün xəbərlər Facebook səhifəmizdə