Futbol üzrə Türkiyə Superliqasında 19-cu turun oyunlarında maraqlı nəticələr qeydə alınıb. Siasport.az saytı xəbər verir ki, artıq yeni mövsümün çempionu kimi dəyərləndirilən "Fənərbaxça", gözlənilmədən "Eskişehirspor" səfərindən 1:2 hesablı məğlubiyyətlə qayıdıb. Neçə müddətdir ki, məğlubiyyət üzü görməyən, ən yaxın izləyicisi olan "Qalatasaray"la on xal fəqri ilə irəlidə olan İstanbul klubu, bu xal itkisindən sonra çempionluq yolunda ciddi şəkildə büdrəmiş olub. Onun əzəli rəqiblərindən olan "Beşiktaş" isə, turu qələbə ilə başa vurub. "Qara qartallar" "Erciyesspor"u 3:2 hesabı ilə məğlub ediblər. Son çempion "Qalatasaray" isə "Türk Telekom Arena"da əsl futbol şousu göstərərək,"Bursaspor" üzərində 6:0 hesablı darmadağına sevinib. Bu qarşılaşmada "cim bom"un superulduzu Uesli Sneyder 3 cavabsız qola imza atıb. Bundan başqa, "Karabükspor" öz meydanında "Elazığspor"u qəbul edib və 3:1 hesabı ilə qalib gəlib. "Sivasspor" səfərdə "Konyaspor"un qonağı olub. Qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
2 fevral
Türkiyə Superliqası, 19-cu tur
"Karabükspor" - "Elazığspor" - 3:1
Qollar: Ayik, 52 (0:1), Eneramo, 66 (1:1), İvesa, 74 (2:1), Şimşek, 80 (3:1)
"Konyaspor" - "Sivasspor" - 3:0
Qollar: Calma, 6 (1:0), Kabze, 25 (2:0), Gekas, 62 (3:0)
"Akhisar" - "Gənclərbirliyi" - 3:1
Qollar: Vural, 29 (1:0), Niasse, 52 (2:0), Stanku, 64 (2:1), Niasse, 83 (3:1)
"Qalatasaray" - "Bursaspor" - 6:0
Qollar: Sneyder, 13 (1:0), 20 (2:0), Eboue, 24 (3:0), Sneyder, 43 (3:0), Droqba, 66 (5:0), İnan, 88 (6:0)
1 fevral
"Kayserispor" - "Kasımpaşa" - 0:0
"Eskişehirspor" - "Fənərbaxça" - 2:1
Qollar: Bienvenü, 28 (1:0), Kuyt, 42 (1:1), Zengin, 83 (2:1)
"Antalyaspor" - "Qaziantepspor" - 0:1
Qol: Traore, 57 (0:1)
31 yanvar
"Beşiktaş" - "Erciyespor" - 3:2
Qollar: Fernandes, 43 (1:0), Törə, 53 (2:0), Özyakub, 57 (3:0), Manqane, 68 (3:1), Vleminx, 89 (3:2)
| S | Komandalar | O | Q | H | M | Xal |
|---|---|---|---|---|---|---|
| 1. | Fənərbaxça | 19 | 14 | 2 | 3 | 44 |
| 2. | Qalatasaray | 19 | 10 | 7 | 2 | 37 |
| 3. | Beşiktaş | 18 | 9 | 6 | 3 | 33 |
| 4. | Sivasspor | 19 | 10 | 2 | 7 | 32 |
| 5. | Kasımpasa | 18 | 8 | 6 | 4 | 30 |
| 6. | Eskisehirspor | 19 | 9 | 3 | 7 | 30 |
| 7. | Karabükspor | 19 | 8 | 6 | 5 | 30 |
| 8. | Trabzonspor | 18 | 8 | 4 | 6 | 28 |
| 9. | Akhisar | 19 | 8 | 4 | 7 | 28 |
| 10. | Bursaspor | 19 | 7 | 6 | 6 | 27 |
| 11. | Qaziantepspor | 19 | 7 | 4 | 8 | 25 |
| 12. | Gənclərbirliyi | 19 | 7 | 3 | 9 | 24 |
| 13. | Konyaspor | 19 | 7 | 2 | 10 | 23 |
| 14. | Antalyaspor | 19 | 5 | 6 | 8 | 21 |
| 15. | Rizespor | 18 | 4 | 4 | 10 | 16 |
| 16. | Elaziğspor | 19 | 5 | 1 | 13 | 16 |
| 17. | Kayserispor | 19 | 2 | 7 | 10 | 13 |
| 18. | Erciyesspor | 19 | 3 | 3 | 13 | 12 |
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB