Ronaldodan sensasiyalı açıqlama!

Ronaldodan sensasiyalı açıqlama!

Madrid "Real"ının portuqaliyalı ulduz futbolçusu Kriştiano Ronaldo, gələcək koryerası barədə maraqlı açıqlama verib. Siasport.az saytı xəbər verir ki, sən demə super ulduz gələcəkdə Fransa liqasında oynamaq istəyir."TF1"ə açıqlama verən ulduz futbolçu, bu istəyini Fransada portuqaliyalılara qarşı olduqca nəzakətlə davranılması ilə əlaqələndirib: "Bir gün Fransada yaşaya və orada oynaya bilərəm. Fransızlar portuqaliyalılara çox yaxşı davranır. İndi deyə biləcəyim tək şey fransız azarkeşlərin məni dəstəkləməyə davam etməsidir. Madrid klubu ilə 33 yaşıma qədər müqaviləm var. Burada özümü rahat hiss edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə