Joze Alesio Da Silva: "Məğlubiyyətdə bütün komanda günahkardır"

Joze Alesio Da Silva: "Məğlubiyyətdə bütün komanda günahkardır"

Futzal üzrə Avropa çempionatında keçirilmiş Azərbaycan - İtaliya (0:7) oyunundan sonra millimizin baş məşqçisi Joze Alesio Da Silva fikirlərini bildirib. Siasport.az saytının məlumatına görə, o, təəssüfləndiyini qeyd edib: "Çox məyusuq. Komandamızın növbəti mərhələyə çıxmaq potensialı var idi. Məğlubiyyətdə bütün komanda günahkardır. İlk növbədə də mən. Belə vəziyyətdə məğlub olmaq çox üzücüdür. İlk hissədə buraxdığımız 3 səhvdən sonra qapımızda eyni sayda qol gördük. Daha sonra risk etməyə başladıq və səhvlər çoxaldı. Avropa çempionatını belə tez tərk etməməli idik".

Bütün xəbərlər Facebook səhifəmizdə