Topaz Premyer Liqasının XIX turunun oyunları keçirilib. Siasport.az saytının məlumatına görə, 2 gün ərzində baş tutan turun ən məhsuldar qarşılaşması "Bakı" - "Rəvan" matçı olub. "Bakı" rəqib qapısından 5 qol keçirib. "Rəvan" isə 1 dəfə fərqlənə bilib. "Xəzər Lənkəran" "Qarabağ"a, "İnter" AZAL-a, "Neftçi" "Simurq"a, "Qəbələ" "Sumqayıt"a qalib gəlib.
2 fevral (bazar)
Topaz Premyer Liqası, 19-cu tur
"İnter" – AZAL 2:1
Qollar: Abatsiyev, 6 (1:0), Turkoviç, 49 (1:1), Əmircanov, 77 (2:1)
Hakimlər: Fariz Yusifov, Namiq Hüseynov, Knyaz Əmiraslanov, Nail Nağıyev
"Şəfa" stadionu.
"Bakı" – "Rəvan" 5:1
Qollar: Cavid Hüseynov, 11-pen. (1:0), Risto Ristoviç, 20 (2:0), Xavyer Junior, 49 (3:0), Rauf Əliyev, 64 (4:0), Aleksandr Şoliç, 80 (5:0), Tyaqo, 90 (5:1)
Hakimlər: Ömər Paşayev, Mübariz Haşımov, Elman Musayev, Teymur Fərhadov
"Bakı" FK-nın təlim-məşq bazasının stadionu, əsas meydança.
"Neftçi" – "Simurq" 3:0
Qol: Nfor, 60 (1:0), Cavid İmamverdiyev, 70 (2:0), Nfor, 85 (3:0)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Vaqif Musayev, Ramiz Məhərrəmov
İsmət Qayıbov adına qəsəbə stadionu.
"Sumqayıt" – "Qəbələ" 0:3
Qollar: Viktor Mendi, 3 (0:1), Lorense Ebesilio, 51 (0:2), Leonardo, 57 (0:3)
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Akif Əmirəli, Ziya Nəsirov
Bayıl Arena
1 fevral (şənbə)
"Qarabağ" – "Xəzər Lənkəran" 0:1
Qol: Adrian Skarlatake, 49 (0:1)
Hakimlər: Ramil Diniyev, Rza Məmmədov, Azər Əsgərov, Mahir Məmmədov
Tofiq Bəhramov adına Respublika stadionu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB