İki gündür ki, Türkiyədən qayıdaraq Bakıda məskunlaşan "Xəzər Lənkəran" klubu oyun öncəsi son məşqinə çıxıb. Siasport.az saytının məlumatına görə, kəskin hava şəraitinə baxmayaraq, İdman Akademiyasının stadionunda baş tutan hazırlıq bir saat davam edib. Adrian Pit və Slavik Alxasov zədəli olduqlarına görə fərdi məşqlə kifayətləniblər.
Xatırladaq ki, komanda bu gün Premyer Liqanın XIX turu çərçivəsində səfərdə "Qarabağ"ın qonağı olacaq. Matç saat 17:00-də start götürəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB