"Neftçi" "Zenit"in futbolçusunu transfer etdi

"Neftçi" "Zenit"in futbolçusunu transfer etdi

Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət yığma komandasının və Rusiyanın "Zenit" klubunun üzvü Elvin Bədəlovun "Neftçi" PFK-ya keçidi ilə bağlı iki klub arasında aparılan danışıqlar müsbət nəticələnib. Siasport.az saytının məlumatına görə, mərkəz müdafiəçisi mövqeyində çıxış edən futbolçunun transferi ilə bağlı "Neftçi" PFK və Rusiyanın "Zenit" klubları arasında rəsmi müqavilə imzalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə