Millimiz qələbə qazanıb

Futzal üzrə Avropa çempionatının final mərhələsində Azərbaycan milli komandası ilk oyununu keçirib. Siasport.az saytının məlumatına görə, millimiz Antverpen şəhərindəki Lotto Arena idman kompleksində Sloveniya yığması ilə qarşılaşıb. Oyun 7:6 hesabı ilə futzalçılarımızın xeyrinə başa çatıb. Sloveniya yığmasının qapısına qolları Amadeu, Rafael (2), Vitali Borisov, Augusto, Felipe və Edu vurub.

Millimiz turnirdə növbəti oyununu fevralın 2-də, Bakı vaxtı ilə saat 21:30-da İtaliya yığmasına qarşı keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə