Futbol üzrə Türkiyə milli komandasının baş məşqçisi Fatih Terim, qardaş ölkənin futbol klublarının hazırkı vəziyyətləri və avrokuboklardakı perspektivləri barədə danışıb. Siasport.az saytı xəbər verir ki, "imperator" ləqəbli futbol mütəxəssisi, "Fənərbaxça"nın bu mövsüm çempionluğa çox yaxın olduğunu, "Qalatasaray" və "Trabzonspor"un avrokuboklarda mərhələ keçəcəyinə inandığını bildirib: "Türkiyədə 10 xal fərqi ilə irəlidə olmaq böyük üstünlükdür. Üç xallıq sistemli oyunlarda hər kəs diqqətli davranır. "Fənərbaxça" da oyunlara ciddi yanaşır və diqqətli hərəkət edir. "Qalatasaray", "Beşiktaş" və "Trabzonspor" da onlara çatmağa çalışırlar. Məncə, həyəcan mövsümün sonuna qədər davam edəcək. Bundan da faydalanan milli komanda olacaq". "Qalatasaray" və "Trabzonspor"un avrokuboklardakı çıxışına toxunan təcrübəli mütəxəssis hər iki komandanın mərhələ keçəcəyinə inandığını bildirib: "Hər iki klubun rəqibləri çox güclüdür. Ancaq həm "Qalatasaray", həm də "Trabzonspor" bu mərhələyə qədər güclü komandaları məğlub ediblər. Çempionlar Liqası və Avroliqanın bundan sonrakı mərhələlərində yalnız güclü rəqiblər gözləmək lazımdır. "Qalatasaray" və "Trabzonspor"un hazırkı heyəti güclüdür və onların mərhələ keçəcəyinə inanıram".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB