Rəşad Sadiqov: "Tam gücümüzlə oynamalıyıq"

Rəşad Sadiqov: "Tam gücümüzlə oynamalıyıq"

"Neftçi" PFK-nın kapitanı Rəşad Sadiqov təlim-məşq toplanşı barədə fikirlərini bildirib. Siasport.az saytının məlumatına görə, o, toplanışın yaxşı keçdiyini qeyd edib: "Təlim-məşq toplanışı üçün komandaya hər cür şərait yaradılmışdı. İnanıram ki, çempionatın davamında bunun faydasını görəcəyik. Bütün rəqiblərimizə hörmətlə yanaşırıq. Çempionatda mübarizə aparan rəqiblərimizin hamısına qarşı tam gücümüzlə oynamalıyıq. Çünki bundan sonra qazanılacaq hər xalın böyük əhəmiyyəti var. Eyni zamanda, ölkə kuboku uğrunda yarışda da ötənilki nailiyyətimizi təkrarlamaq niyyətindəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə